...

Elmar Məmmədyarov İslam Zirvə Toplantısının sessiyasında iştirak edib

Siyasət Materials 15 Avqust 2012 12:41 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Səudiyyə Ərəbistanı Krallığında keçirilən İslam Zirvə Toplantısının IV Fövqəladə Sessiyasında iştirak edib.
Elmar Məmmədyarov İslam Zirvə Toplantısının sessiyasında iştirak edib

Azərbaycan, Bakı, 15 avqust /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Səudiyyə Ərəbistanı Krallığında keçirilən İslam Zirvə Toplantısının IV Fövqəladə Sessiyasında iştirak edib.

Trend-in XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Zirvə Toplantısının sessiyası zamanı Suriya, Fələstin, Myanmar (Raxinya müsəlmanlarına qarşı zorakılıq) və Malidəki vəziyyət müzakirə edilib.

Sessiyanın sonunda Yekun Bəyannamənin və eyni zamanda, Fələstin, Myanmar, Suriya və Mali ilə bağlı qətnamələrin qəbul edilməsi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti