...

ABŞ səfirliyi Bakıda iftar süfrəsi təşkil edib

Siyasət Materials 17 Avqust 2012 23:47 (UTC +04:00)
ABŞ səfirliyi Bakıda iftar süfrəsi təşkil edib.
ABŞ səfirliyi Bakıda iftar süfrəsi təşkil edib

Azərbaycan, Bakı, 17 avqust /Trend, müxbir E.Mehdiyev/

Bu gün ABŞ-ın Azərbaycandakı səfirliyi iftar süfrəsi təşkil edib.

Trend-in məlumatına görə, tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə, Azərbaycanın millət vəkilləri, ictimaiyyət nümayəndələri, xarici ölkələrin diplomatik missiyalarının nümayəndələr iştirak edib.

Qonaqları salamlayan ABŞ-ın Azərbaycankı səfirliyinin müvəqqəti işlər vəkili Adam Sterlinq bu mərasimin səfirliyin keçirdiyi arasında ən sevilmi tədbirlərdən biri olduğunu qeyd edib.

"Bu mərasim həm də ortaq dəyərlərimizi qeyd etmək və Azərbaycanda dini tolerantlıq və hörməti qiymətləndirmək imkanı verir", - Sterlinq deyib.

O qeyd edib ki, müsəlmanlar, xirstianlar və yəhudilər əsrlər boyu Azərbaycanda yanaşı yaşayıblar. Onlar din, irq və etiqadından asılı olmayaraq qonaqlara öz qonaqpərvərliklərini göstəriblər.

Sterlinq vurğulayıb ki, bu gün belə dostluq və tolerantlıq nümunəsinə dünyanın böyük ehtiyacı var.

Xəbər lenti

Xəbər lenti