...

Bakıda yeni məscid tikilicək

Siyasət Materials 18 Avqust 2012 20:00 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev şənbə günü Bakı şəhərində yeni məscid kompleksinin tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Bakıda yeni məscid tikilicək

Azərbaycan, Bakı, 18 avqust /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev şənbə günü Bakı şəhərində yeni məscid kompleksinin tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən Bakı şəhəri ərazisində yeni məscid kompleksi tikilməlidir.

Bakı Şəhər İcra Hakimiyyətinə yeni məscid kompleksinin tikintisi üçün Binəqədi rayonu ərazisində torpaq sahəsinin ayrılmasını təmin etmək tapşırılıb.

Yeni məscid kompleksinin layihələndirilməsi və tikintisi üçün 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə ilkin olaraq on milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə bu Sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti