...

Davudoğlu: Türkiyədə suriyalı qaçqınların sayı 100 min nəfərə çatarsa, Ankara təhlükəsizlik zonası yaradacaq

Siyasət Materials 20 Avqust 2012 17:00 (UTC +04:00)
Türkiyədə suriyalı qaçqınların sayı 100 min nəfərə çatarsa, Ankara Suriya sərhədləri çərçivəsində təhlükəsizlik zonası yaradacaq.
Davudoğlu: Türkiyədə suriyalı qaçqınların sayı 100 min nəfərə çatarsa, Ankara təhlükəsizlik zonası yaradacaq

Azərbaycan, Bakı, 20 avqust /Trend, müxbir A.Tağıyeva/

Türkiyədə suriyalı qaçqınların sayı 100 min nəfərə çatarsa, Ankara Suriya sərhədləri çərçivəsində təhlükəsizlik zonası yaradacaq. Bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib. Trend-in məlumatına görə, xəbəri "Hürriyet" qəzeti yayıb.

"Bu gün Türkiyədə asrtıq 65 min suriyalı qaçqın var. Buna görə də, biz Suriya ərazisində təhlükəsiz zona yaradılmasının mümkünlüyünü nəzərdən keçiririk", - Davudoğlu bildirib.

Türkiyənin Suriyada müxalifəçiləri dəstəklədiyi ilə bağlı bir sıra ölkələrin ittihamlarına münasibət bidirən nazir deyib ki, Türkiyə bu hadisələrə bitərəf qala bilməzdi.

Xəbər lenti

Xəbər lenti