...

Azad Suriya Ordusu hökumət qoşunlarına məxsus vertolyotu vurub

Siyasət Materials 27 Avqust 2012 15:04 (UTC +04:00)
Azad Suriya Ordusu bazar ertəsi bəyan edib ki, Dəməşq səmasında hökumət qoşunlarına məxsus vertolyotu vurub.
Azad Suriya Ordusu hökumət qoşunlarına məxsus vertolyotu vurub

Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir A.Tağıyeva/

Azad Suriya Ordusu bazar ertəsi bəyan edib ki, Dəməşq səmasında hökumət qoşunlarına məxsus vertolyotu vurub. Bu barədə Trend bazar ertəsi "əl-Ərəbiyyə" telekanalına istinadən məlumat verir.

Məlumatı Suriya hökuməti də təsdiq edib. Belə ki, Suriya dövlət informasiya agentliyi bildirib ki, vertolyot qiyamçılar tərəfindən vurulub.

Vertolyotun göyərtəsində ölənlər barədə məlumat daxil olmayıb.

Xəbər lenti

Xəbər lenti