...

Sərdar Cəlaloğlu: İctimai Palata dağılmasının əsasını özü qoyub

Siyasət Materials 27 Avqust 2012 15:52 (UTC +04:00)
İctimai Palata dağılmasının əsasını özü qoyub. Bunu Trend-ə İP daxilində olan ziddiyyətlərə münasibət bildirərkən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.
Sərdar Cəlaloğlu: İctimai Palata dağılmasının əsasını özü qoyub

Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir E.Mehdiyev/

İctimai Palata dağılmasının əsasını özü qoyub. Bunu Trend-ə İP daxilində olan ziddiyyətlərə münasibət bildirərkən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.

"Belə bir qanunauyğunluq var - təşkilatlar da canlılar kimidir. Yəni canlılar özlərinin mübarizə imkanlarını nə qədər məhdudlaşdırırlarsa, bir o qədər də ölumə meyl edirlər. Təşkilat da özünün imkanlarını nə qədər məhdudlaşdırırsa, bir o qədər məhvə meyl edir", - Cəlaloğlu deyib.

O qeyd edib ki, İP müəyyən bir qrupun monopoliyasına alınan gündən artıq özünün dağılmasının əsasını qoydu.

"Onlar digər qüvvələri cəb etmək, bunu bütünlükdə Azərbaycan müxalifətinin güc mərkəzi etmək əvəzinə, onu uzun müddət iki partiyanın güc mərkəzi etdilər və indi də həmin iki partiya arasında ziddiyyət olduğundan İP-nin fəaliyyətinin davam etməsi mümkün deyil", - ADP sədri deyib.

Ötən həftə 17 siyasi partiyanın iştirakı ilə yaradılan Demokratik Qüvvələrin Məşvərət Məclisinin İP-yə alternativ olması barədə fikrə münasibət bildirən Cəlaloğlu qeyd edib ki, ümumiyyətlə, cəmiyyətdə bütün təşkilatlar bir-birilərinə alternativlik təşkil edir.

Xəbər lenti

Xəbər lenti