...

Türkiyə Fransa məktəblərində "erməni soyqırımı"nın öyrənilməsi məsələsini araşdırır

Siyasət Materials 28 Avqust 2012 13:26 (UTC +04:00)
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Fransa Təhsil Nazirliyi tərəfindən orta məktəblərin tarix dərsliklərinə qondarma "erməni soyqırımı" haqqında bölmənin salınması məsələsini araşdırır.
Türkiyə Fransa məktəblərində "erməni soyqırımı"nın öyrənilməsi məsələsini araşdırır

Azərbaycan, Bakı, 28 avqust /Trend, müxbir A.Tağıyeva/

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Fransa Təhsil Nazirliyi tərəfindən orta məktəblərin tarix dərsliklərinə qondarma "erməni soyqırımı" haqqında bölmənin salınması məsələsini araşdırır. Bu barədə Trend çərşənbə axşamı Türkiyə mətbuatına istinadən məlumat verir.

Türkiyənin Fransadakı səfiri Tahsin Burcuoğlunun sözlərinə görə, səfirlik hazırda Fransanın orta məktəblərinin tarix və coğrafiya dərsliklərini öyrənir və bu iş yekunlaşdıqdan sonra Türkiyə XİN-ə təqdim ediləcək ətraflı hesabat hazırlayacaq.

Xəbər lenti

Xəbər lenti