...

XİN rəhbərlərinin müavinləri Türkmənistanda Xəzərin statusunu müzakirə edəcəklər

Siyasət Materials 29 Avqust 2012 18:17 (UTC +04:00)
İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Türkmənistan hökumətlərarası komissiyasının növbəti iclası 2012-ci il oktyabrın 4-də Aşqabadda keçiriləcək.
XİN rəhbərlərinin müavinləri Türkmənistanda Xəzərin statusunu müzakirə edəcəklər

Azərbaycan, Bakı, 29 avqust /Trend/

İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Türkmənistan hökumətlərarası komissiyasının növbəti iclası 2012-ci il oktyabrın 4-də Aşqabadda keçiriləcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü mətbuat konfransında Türkmənistanın Azərbaycandakı səfiri Toyli Komekov bildirib.

Səfir hökumətlərarası komissiyanın iclasının keçirilməsinin yüksək səmərəliliyini, habelə Azərbaycan və Türkmənistan arasında qarşılıqlı ticari-iqtisadi münasibətlərin böyük perspektivini qeyd edib.

Komekov vurğulayıb ki, hər iki ölkə ikitərəfli əməkdaşlığın imkanlarını genişləndirmək niyyətindədir.

Səfirin sözlərinə görə, Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi üzrə xüsusi işçi qrupunun Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin müavinləri səviyyəsində növbəti toplantısı sentyabrın 26-27-də Aşqabad şəhərində keçiriləcək.

Bundan başqa, hazırda Xəzəryanı ölkələrin dövlət başçılarının 2010-cu il noyabrın 18-də Bakıda keçirilmiş sammitinin qərarlarının icrası ilə bağlı ölkələrin balıq təsərrüfatları nümayəndələrinin görüşünə hazırlıq gedir.

Komekov deyib ki, Bakı sammitində bütün Xəzəryanı dövlətlər dənizin bioresurslarının qorunması və rasional istifadəsi ilə bağlı Türkmənistanın ideyasını dəstəkləyiblər.

Xəbər lenti

Xəbər lenti