...

Milli Məclis "Dövlət qulluğu haqqında" qanuna dəyişiklikləri qəbul edib

Siyasət Materials 1 Oktyabr 2012 17:00 (UTC +04:00)
Trend-in məlumatına görə, Baş Prokurorluq və Respublika Hərbi Prokurorluğu dövlət orqanları kateqoriyasına daxil edilib.
Milli Məclis "Dövlət qulluğu haqqında" qanuna dəyişiklikləri qəbul edib

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir M.Əliyev/

Milli Məclis "Dövlət qulluğu haqqında" qanuna dəyişiklikləri qəbul edib.

Trend-in məlumatına görə, Baş Prokurorluq və Respublika Hərbi Prokurorluğu dövlət orqanları kateqoriyasına daxil edilib.

Baş Prokurorluq 1-ci, Respublika Hərbi Prokurorluğu və Naxçıvan Muxtar Respublikasının Prokurorluğu 2-ci, Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğu və Bakı Şəhər Prokurorluğu 3-cü, rayon (şəhər) prokurorluqları və hərbi prokurorluqları 4-cü kateqoriyalı dövlət orqanlarının təsnifatına daxil edilib.

Digər dəyişikliyə əsasən, rayon (şəhər) prokurorluqlarının və hərbi prokurorluqlarının tabeliyində olan orqanların mütəxəssislərinin vəzifələri 4-cü və 5-ci kateqoriya dövlət orqanlarının inzibati və yardımçı vəzifələrinin təsnifatına daxil edilib.

Təklif olunan digər dəyişiklikdə qeyd olunur ki, xüsusi dövlət mühafizə xidmətində qulluq dövlət qulluğunun xüsusi növüdür və bu orqanlarda dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi "Dövlət qulluğu haqqında" qanunla tənzimlənmir.

Xəbər lenti

Xəbər lenti