Azərbaycan, Bakı, 1 oktyabr /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi Latviyanın keçmiş Prezidenti Vayra Vike-Freyberqanı qəbul edib.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olundu, Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyəti vurğulandı, Foruma olan beynəlxalq marağın önəmi qeyd olundu.
Latviya Respublikasının keçmiş Prezidenti Vayra Vike-Freyberqa Bakıda və Gəncədə gedən sürətli inkişaf proseslərinin onda böyük təəssürat oyatdığını dedi.