...

Azərbaycan ICAPP-ın Gənclərin məşvərət iclasında təmsil olunacaq

Siyasət Materials 2 Oktyabr 2012 12:17 (UTC +04:00)
Dünya Azərbaycanlı Gənclər Birliyinin (DAGB) sədri, YAP Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov oktyabrın 5-də Malayziyanın paytaxtı Kuala Lumpur şəhərində Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) Gənclərin məşvərət iclasında Azərbaycanı təmsil edəcək.
Azərbaycan ICAPP-ın Gənclərin məşvərət iclasında təmsil olunacaq

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Dünya Azərbaycanlı Gənclər Birliyinin (DAGB) sədri, YAP Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov oktyabrın 5-də Malayziyanın paytaxtı Kuala Lumpur şəhərində Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) Gənclərin məşvərət iclasında Azərbaycanı təmsil edəcək.

DAGB-dan Trend-ə verilən məlumata görə, səfər zamanı Malayziya Baş nazirinin müavini Muhiddin Bin Hj Mohd Yasin, ICAPP həmsədrləri Jose de Venesia və Çunq Eui-Yonq, Malayziyanın səhiyyə naziri Datuk Rosnah Binti Hj Abdul Raşid Şirlin, Kamboca Baş nazirinin müşaviri Yara Suos və digər ölkələrdən qatılan rəsmilərlə görüşlər gözlənilir.

Tədbir çərçivəsində ICAPP-ın Gənclər Birliyinin təsis edilməsi, Asiya Siyasi Partiyalarının gənc liderləri arasında əməkdaşlığın qurulması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti