...

Kuba Azərbaycanla bütün sahələrdə əməkdaşlığı genişləndirmək əzmindədir - səfir (FOTO)

Siyasət Materials 2 Oktyabr 2012 17:29 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Kubanın Azərbaycana yeni təyin olunmuş səfiri Omar Senon Medina Kinteronu qəbul edib.
Kuba Azərbaycanla bütün sahələrdə əməkdaşlığı genişləndirmək əzmindədir - səfir (FOTO)

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir M.Əliyev/

Xarici işlər naziri Elmar Məmmədyarov Kubanın Azərbaycana yeni təyin olunmuş səfiri Omar Senon Medina Kinteronu qəbul edib.

XİN mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, Məmmədyarov Kubalı səfiri ölkəmizə səfir təyin olunması münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb. Nazir əmin olduğunu bildirib ki, yeni səfirin fəaliyyəti iki ölkə arasındakı əlaqələrin inkişafına töhfə verəcək.

Görüşdə Azərbaycan-Kuba münasibətlərinin inkişafı üçün potensialın olduğu və bu baxımdan qarşılıqlı səfərlərin təşkil olunmasının əhəmiyyəti qeyd olunub. Həmçinin, iki ölkənin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin aparılmasının vacibliyi vurğulanıb.

Kubanın yeni səfiri Omar Kintero ökəmizə səfir təyin olunmasından məmnun olduğunu diqqətə çatdırıb və ölkəsinin Azərbaycanla bütün sahələrdə əməkdaşlığı genişləndirmək əzmində olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti