...

Bidzina İvanişvili çox qısa müddətdə Azərbaycanla yaxın dostluq münasibətləri quracaq

Siyasət Materials 2 Oktyabr 2012 18:52 (UTC +04:00)
Biz çox qısa müddətdə Azərbaycan hakimiyyəti ilə yaxın dostluq münasibətləri quracağıq.
Bidzina İvanişvili çox qısa müddətdə Azərbaycanla yaxın dostluq münasibətləri quracaq

Gürcüstan, Tbilisi, 2 oktyabr /Trend, müxbir N.Kirsxaliya/

Biz çox qısa müddətdə Azərbaycan hakimiyyəti ilə yaxın dostluq münasibətləri quracağıq. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Tbilisidə brifinq zamanı Gürcüstanda parlament seçkilərində qalib gələn müxalif "Gürcü arzusu" koalisiyasının lideri Bidzina İvanişvili deyib.

"Bizim belə münasibətlərin qurulması üçün bütün imkanlarımız var və bunun üçün bütün səyləri göstərəcəyik", - o qeyd edib.

İvanişvili Azərbaycanın sosial ehtiyaclar üçün Gürcüstana güzəştli qaz verdiyinə görə bu ölkənin hakimiyyəti və xalqına təşəkkür edib.

"Təəssüf ki, Gürcüstanın indiki hakimiyyəti Gürcüstan xalqının bu güzəşti hiss etməməsi üçün hər şeyi edir. Hakimiyyət bundan pul qazanmağı güdür, lakin biz buna son qoyacağıq", - İvanişvili vurğulayıb.

O qeyd edib ki, "ən yaxın münasibətlər"in qurulması üçün bütün şərait var.

"Mən seçkiqabağı səfərlərim zamanı azərbaycanlı həmvətənlərimlə dostlaşdım və bir çox azərbaycanlılarla tanış oldum, bu əməksevər xalqı sevdim. Buna görə də onların Gürcüstan cəmiyyətinə inteqrasiya etməsi və hökumətdə yüksək vəzifələr tutması üçün hər şeyi edəcəyəm", - o deyib.

Xəbər lenti

Xəbər lenti