...

Azərbaycan MSK Gürcüstanda parlament seçkilərinin şəffaf keçirildiyini bəyan edib

Siyasət Materials 3 Oktyabr 2012 16:48 (UTC +04:00)
Gürcüstanda parlament seçkiləri kifayət qədər yaxşı təşkil olunmuşdu və şəffaf keçirildi. Trend-in məlumatına görə, bunu çərşənbə günü Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə bildirib.
Azərbaycan MSK Gürcüstanda parlament seçkilərinin şəffaf keçirildiyini bəyan edib

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir M.Əliyev/

Gürcüstanda parlament seçkiləri kifayət qədər yaxşı təşkil olunmuşdu və şəffaf keçirildi. Trend-in məlumatına görə, bunu çərşənbə günü Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə bildirib.

O, seçkilərdə seçicilərin fəal olduğunu qeyd edib.

"Müxalifət bloku yekunda müəyyən qədər üstünlük əldə etdi. Seçkilər zamanı hansısa narahatlıq doğuracaq addımlar müşayiət etmədik", - Pənahov deyib.

Xəbər lenti

Xəbər lenti