...

Azərbaycanda bir sıra məhkəmələrə yeni sədrlər təyin edilib

Siyasət Materials 3 Oktyabr 2012 19:07 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev bir sıra məhkəmələrin sədrlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycanda bir sıra məhkəmələrə yeni sədrlər təyin edilib

Azərbaycan, Bakı, 3 oktyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev bir sıra məhkəmələrin sədrlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Əsgərov Qürbət Ağa oğlu Şirvan Apellyasiya Məhkəməsinin sədri təyin edilsin.

Aşağıdakı şəxslər ağır cinayətlər məhkəmələrinin sədrləri təyin ediliblər:

Cəfərov Mahmud Məhəmməd oğlu -Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin sədri
Süleymanov Elxan Xasay oğlu -Şəki Ağır Cinayətlər Məhkəməsinin sədri

Aşağıdakı şəxslər inzibati-iqtisadi məhkəmələrin sədrləri təyin ediliblər:

Rzayev Rəşid Şükür oğlu -2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin sədri
Qasımov Elçin Lütvəli oğlu -Şirvan İnzibati-İqtisadi Məhkəməsinin sədri

Aşağıdakı şəxslər hərbi məhkəmələrin sədrləri təyin ediliblər:

Həsənov Həbib Bəhram oğlu -Bakı Hərbi Məhkəməsinin sədri
Quliyev Xıdır İnqilab oğlu -Gəncə Hərbi Məhkəməsinin sədri
Bəşirov Kamil Sücəddin oğlu -Füzuli Hərbi Məhkəməsinin sədri

Aşağıdakı şəxslər rayon (şəhər) məhkəmələrinin sədrləri təyin ediliblər:

Hacıyev Sədrəddin Abuzər oğlu -Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin sədri
Tağıyev Nazim Hüsü oğlu -Bakı şəhəri Xətai Rayon Məhkəməsinin sədri
Qaralov İlqar Zahid oğlu - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin sədri
Kazımov Araz Nurəddin oğlu -Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin sədri
Paşayev Tofiq Temir oğlu -Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin sədri
Qafarov Ağamalı Məmməd oğlu -Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin sədri
Əkbərov Məhəmməd Hüseyn oğlu -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin sədri
Abbasov İlqar Eyvaz oğlu -Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin sədri
Hüseynov Araz Firidun oğlu -Bakı şəhəri Səbail Rayon Məhkəməsinin sədri
Mahmudov İlham Ağa oğlu -Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin sədri
Cəfərov Ələddin Adil oğlu -Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin sədri
Səmədov Əşir Rəşid oğlu -Abşeron Rayon Məhkəməsinin sədri
Səmədov Ağarza Hacırza oğlu -Bərdə Rayon Məhkəməsinin sədri
Tağıyev Əli Yunis oğlu -Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin sədri
Əfəndiyev Fərhad Məmməd oğlu -Göyçay Rayon Məhkəməsinin sədri
Həsənova Elmira Xandəmir qızı -Göygöl Rayon Məhkəməsinin sədri
Paşayev Əlövsət Bəhrəm oğlu -Xaçmaz Rayon Məhkəməsinin sədri
Hacıyev Qurban Həmid oğlu -İmişli Rayon Məhkəməsinin sədri
Ləzimov Sulduz Paşa oğlu -Kürdəmir Rayon Məhkəməsinin sədri
Nuriyev İlham Qubad oğlu -Qazax Rayon Məhkəməsinin sədri
Pənahov Füzuli Novruzəli oğlu -Quba Rayon Məhkəməsinin sədri
Kazımov Rasim Sarı oğlu -Mingəçevir Şəhər Məhkəməsinin sədri
İbrahimov Elməddin Elyas oğlu -Neftçala Rayon Məhkəməsinin sədri
Qarayev Malik İbrahim oğlu -Sabirabad Rayon Məhkəməsinin sədri
Tağıyev Xəqani Qəhrəman oğlu -Salyan Rayon Məhkəməsinin sədri
Nuriyev Mehman Bağış oğlu -Şəki Rayon Məhkəməsinin sədri
Baxşıyev Qafil Yavər oğlu -Şəmkir Rayon Məhkəməsinin sədri
Qurbanov Elçin Firudin oğlu -Şirvan Şəhər Məhkəməsinin sədri
Məmmədov Könül Cəlal oğlu -Tovuz Rayon Məhkəməsinin sədri
Abbasov Qələmdar Ələmdar oğlu - Yevlax Rayon Məhkəməsinin sədri

Xəbər lenti

Xəbər lenti