...

Azərbaycanın AŞ PA-dakı nümayəndə heyəti Ramil Səfərovla bağlı müzakirələr zamanı tutarlı faktlarla çıxış ediblər

Siyasət Materials 4 Oktyabr 2012 23:39 (UTC +04:00)
Azərbaycan Milli Ordusunun zabiti Ramil Səfərovun işindən danışarkən, iki ölkənin müharibə şəraitində olması nəzərdən qaçırılmamalıdır.
Azərbaycanın AŞ PA-dakı nümayəndə heyəti Ramil Səfərovla bağlı müzakirələr zamanı tutarlı faktlarla çıxış ediblər

Fransa, Strasburq, 4 oktryabr /Trend, müxbir A. Məhərrəmli/

Azərbaycan Milli Ordusunun zabiti Ramil Səfərovun işindən danışarkən, iki ölkənin müharibə şəraitində olması nəzərdən qaçırılmamalıdır. Trend-in məlumatına görə, bu fikirləri AŞ PA-nın payız sessiyasının dördüncü iş günündə qurumda Azərbaycan nümayəndə heyətinin sədri Səməd Seyidov "Ramil Səfərov İşi" adlı cari müzakirələr zamanı çıxışında deyib.

"Buna görə, Azərbaycandan və bu faciədən danışarkən, biz iki ölkənin müharibə şəraitində olmasını nəzərdən qaçırmamalıyıq. Mənim üçün bu çox qəribədir. Ramil Səfərov işi bu gün müzakirə olunur. Amma Xocalı soyqırımından heç vaxt danışılmır. Yüzlərlə qoca, qadın və uşaq Ermənistan silahlı qüvvələri tərəfindən Dağlıq Qarabağda (Xocalıda) vəhşicəsinə qətlə yetirildilər. Başa düşmürəm: Ermənistan prezidenti burada Dağlı Qarabağ müharibəsində iştirak etməkdən fəxr hissi keçirdiyini bəyan etmişdi. Başa düşmürəm, niyə Ermənistanın keçmiş prezidenti Robert Köçəryan iki xalq arasında uyğunluğun olmamasını bəyan etmişdi. Bu halda, hörmətli həmkarlar, təkcə Ramil Səfərov işindən danışmaq lazım deyil. Eyni zamanda Dağlıq Qarabağ münaqişəsindən, Xocalı soyqırımından danışmaq lazımdır. Mənim qardaşım da ermənilər tərəfindən qətlə yetirilib. Amma biz sülh istəyirik. Buna görə, biz bu gün buradayıq"-Seyidov deyib.

Qeyd edək ki, bu gün AŞ PA-da cari məsələ kimi müzakirə olunan "Ramil Səfərov işi" ətrafındakı müzakirələr AŞ PA-da Dağlıq Qarabağ münaqişəsini yenidən gündəmə gətirmişdir. Azərbaycan nümayəndə heyətinin üzvləri, eləcə də çıxış edən digər deputatlar AŞ PA-nı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ciddi müzakirələr aparmağa çağırmışlar.

Ramil Səfərovun məsələsi ilə bağlı müzakirələrin sonunda AŞPA sədri bəyan edib ki, müzakirələr zamanı bu işə dair müvafiq hesabatın hazırlanması üçün qurumun aidiyyəti Komitəsinə göndərməklə bağlı fikirlər səslənib. Bununla bağlı AŞ PA-nın oktyabrın 5-də keçiriləcək iclasında müzakirələr aparılacaq, yəni "Ramil Səfərov işi"nin aidiyyəti Komitəyə göndərilməsi məsələsi Büronun verəcəyi qərardan asılı olacaq.

Xatırladaq ki, AŞ PA sədri Jan-Klod Minyon oktyabrın 01-də keçiridiyi mətbuat konfransında qeyd etmişdi ki, Ramil Səfərov məsələsi qurumun payız sessiyasında yalnız cari məsələ kimi müzakirə ediləcək və bununla bağlı heç bir sənəd qəbul edilməyəcək.

Xəbər lenti

Xəbər lenti