...

Rəşidə Dati: Fransa-Azərbaycan münasibətləri daim yüksək səviyyədə olacaq

Siyasət Materials 5 Oktyabr 2012 15:09 (UTC +04:00)
Fransada kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, Azərbaycanla münasibətlər daim yüksək səviyyədə olacaq.
Rəşidə Dati: Fransa-Azərbaycan münasibətləri daim yüksək səviyyədə olacaq

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir M.Əliyev/

Fransada kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, Azərbaycanla münasibətlər daim yüksək səviyyədə olacaq. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Milli Məclisində keçirdiyi mətbut konfransında Avropa Parlamentinin fransalı üzvü, Paris şəhərinin 7-ci ərazisinin meri Rəşidə Dati bildirib.

O qeyd edib ki, iki ölkə arasında münasibətlərin təməli möhkəmdir.

Dati Fransanın yeni prezidenti barədə də danışıb və bildirib ki, bu hakimiyyət dövründə də Azərbaycanla münasibətlər inkişaf edəcək.

"Fransa prezidentinin kimliyindən asılı olmayaraq, ölkəmizlə Azərbaycanın münasibətləri daim yaxşı olub və gələcəkdə də belə olacaq", - o əlavə edib.

Xəbər lenti

Xəbər lenti