...

Sankt-Peterburqun qubernatoru Bakıya gələcək

Siyasət Materials 5 Oktyabr 2012 15:37 (UTC +04:00)
Gələn ilin birinci yarısında Sankt-Peterburqun qubernatoru Georgi Poltavçenko Bakıya gələcək.
Sankt-Peterburqun qubernatoru Bakıya gələcək

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir S.Ağayeva/

Gələn ilin birinci yarısında Sankt-Peterburqun qubernatoru Georgi Poltavçenko Bakıya gələcək. Trend-in məlumatına görə, bu barədə Bakıda cümə günü jurnalistlərə Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov məlumat verib.

Səfər zamanı onu iş adamlarından ibarət nümayəndə heyəti müşayiət edəcək.

Osmanovun sözlərinə görə, səfər zamanı Azərbaycanla Sankt-Peterburq arasında əməkdaşlığın perspektivləri müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti