...

Prezident İlham Əliyev Bərdədəki Nüşabə parkında yaradılmış şəraitlə tanış olub (FOTO)

Siyasət Materials 7 Oktyabr 2012 17:26 (UTC +04:00)
Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bərdədəki Nüşabə parkında yaradılmış şəraitlə tanış olmuşdur.
Prezident İlham Əliyev Bərdədəki Nüşabə parkında yaradılmış şəraitlə tanış olub (FOTO)

Azərbaycan, Bakı, 7 oktyabr /Trend/

Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bərdədəki Nüşabə parkında yaradılmış şəraitlə tanış olmuşdur.

Məlumat verildi ki, zəngin tarixə malik Bərdə Azərbaycanın siyasi və mədəni həyatında mühüm iz qoymuş qədim bölgələrimizdən biridir. Bərdə haqqında dahi Azərbaycan şairi Nizami Gəncəvinin də əsərlərində bəhs olunur. Məhz Nizami Gəncəvinin "İsgəndərnamə" poemasının qəhrəmanı, Bərdə hökmdarı Nüşabənin heykəli doğma şəhərində ucaldılmış, Heydər Əliyev prospektində onun adını daşıyan park salınmışdır. Bərdənin, ümumiyyətlə Azərbaycanın tarixində çox böyük rol oynayan qadın hökmdar Nüşabənin heykəli əraziyə xüsusi yaraşıq verir.

Bildirildi ki, parkın yerləşdiyi ərazi əvvəllər yararsız vəziyyətdə olmuşdur. Bərdə Rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına aparılan yenidənqurma işlərindən sonra ərazi tamamilə simasını dəyişmişdir. Ümumi sahəsi 0,7 hektar olan parkda şəhər sakinlərinin istirahəti üçün hər cür şərait yaradılmışdır. Nüşabə parkı özündə qədimliklə müasirliyi təcəssüm etdirir. İstirahət məkanının mərkəzinə Nüşabənin heykəli qoyulmuşdur. Parkda mövzusu Nizami Gəncəvinin "İsgəndərnamə" poemasından götürülmüş 7 tablo hazırlanmışdır. Tablolarda Nüşabənin İsgəndərlə görüşü, Nüşabənin ağsaqqallarla söhbəti, İsgəndərin alimlərlə məsləhətləşməsi və s. səhnələr əks olunmuşdur. Parkda abadlıq işləri aparılmış, iki bulaq qurulmuş, yaşıllıqlar salınmışdır. Burada Çay evi də fəaliyyət göstərəcəkdir. Parkın müasir işıqlandırma sistemi qurulmuşdur. Burada hər cür hava şəraitinə davamlı materiallardan hazırlanan oturacaqlar və Bərdədən tapılmış arxeoloji materiallar qoyulmuşdur.

Dövlətimizin başçısı parkla tanışlıqdan sonra Bərdə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Rayon sakini, Ziyalılar Cəmiyyətinin sədri Həsən Həsənov göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

Sonda xatirə şəkli çəkdirildi.

Xəbər lenti

Xəbər lenti