...

PA-nın sektor müdiri: Azərbaycanda dövlət qulluqçularının fəaliyyəti qiymətləndiriləcək

Siyasət Materials 10 Oktyabr 2012 11:45 (UTC +04:00)
2013-cü ilin əvvəlindən Azərbaycanda dövlət qulluqçularının fəaliyyəti qiymətləndiriləcək və ona uyğun maaşlar veriləcək. Trend-in məlumatına görə, bunu Prezident Administrasiyasının Kadr məsələləri şöbəsinin kadr siyasəti sektorunun müdiri Vasif Xələfov jurnalistlərə açıqlamasında deyib.
PA-nın sektor müdiri: Azərbaycanda dövlət qulluqçularının fəaliyyəti qiymətləndiriləcək

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir M.Əliyev/

2013-cü ilin əvvəlindən Azərbaycanda dövlət qulluqçularının fəaliyyəti qiymətləndiriləcək və ona uyğun maaşlar veriləcək. Trend-in məlumatına görə, bunu Prezident Administrasiyasının Kadr məsələləri şöbəsinin kadr siyasəti sektorunun müdiri Vasif Xələfov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, hələlik sistemi yaratmadan ikinci mərhələyə keçmək mümkün deyil.

Xələfovun sözlərinə görə, təcrübə göstərir ki, yalnız maaşı qaldırmaqla dövlət qulluqçusunun səmərəli işləməsini təmin etmək olmaz. Burada bir sıra başqa amillər də var.

"Ona görə də ilk növbədə obyektiv qiymətləndirmə sistemi yaradılmalıdır. Maaşın qaldırılması və ya hansısa əlavələrin edilməsi sonrakı mərhələnin işidir. Hazırda maaşların artırılması ilə bağlı qanunvericilik baxımından bütün məsələlər həll olunub. Yalnız düzgün qiymətləndirilmə sisteminin yaradılması üzərində iş aparılır", - sektor müdiri deyib.

Xələfov vurğulayıb ki, bu məsələdə bir çox ölkələrin təcrübəsindən istifadə edilir. "Portuqaliya və Vyetnamda oxşar sistemlər var. Sadəcə, həmin ölkələrin təcrübəsindən istifadə edərkən onların Azərbaycan ənənələrinə, qanunlarına uyğunluğu əsas götürülür", - PA rəsmisi qeyd edib.

Xələfov bildirib ki, "Dövlət qulluğu" haqında qanunda müəyyən meyarlar var ki, ilk növbədə onlar nəzərə alınacaq, digər tərəfdən dövlət qulluqçularının fəaliyyətini qiymətləndirmək üçün müəyyən tapşırıqlar veriləcək.

"Bu tapşırıqlar qısamüddətli olmayacaq. Onların yerinə yetirilməsi nəticəsində də dövlət qulluqçularının fəaliyyəti qiymətləndiriləcək. Yeni sistemə keçmədən öncə buna hər kəs - dövlət qulluqçuları və müəssisə rəhbərləri hazır olmalıdır. Bu gün yeni qiymətləndirmə sisteminin tətbiq edilməsində ən böyük problem də bundadır", - sektor müdiri deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti