...

Türkiyə beynəlxalq hüquqdan istifadə edərək Suriya təyyarəsini endirib - nazir

Siyasət Materials 11 Oktyabr 2012 13:37 (UTC +04:00)
Rəsmi Ankara beynəlxalq hüquqdan istifadə edərək göyərtəsində mülki aviasiyanın tələblərinə cavab verməyən yük olan Suriya təyyarəsini saxlayıb.
Türkiyə beynəlxalq hüquqdan istifadə edərək Suriya təyyarəsini endirib - nazir

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir R.Hafizoğlu/

Rəsmi Ankara beynəlxalq hüquqdan istifadə edərək göyərtəsində mülki aviasiyanın tələblərinə cavab verməyən yük olan Suriya təyyarəsini saxlayıb. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin nəqliyyat və kommunikasiyalar naziri Binali Yıldırım deyib.

Nazirin sözlərinə görə, Türkiyə bundan sonra da Suriya təyyarələrinin göyərtəsində yüklərlə bağlı şübhə yaranarsa, beynəlxalq hüquqa əsaslanacaq.

Qeyd edək ki, dünən yerli KİV-lər Türkiyə qırıcılarının Suriyaya məxsus "Airbus A-320" təyyarəsini ölkə ərazisinə enməyə məcbur etmələri barədə məlumat yaymışdılar.

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bəyan edib ki, təyyarənin göyərtəsində mülki aviasiyanın tələblərinə cavab verməyən yük olması barədə məlumat var, bununla əlaqədar qüvvədə olan qanunvericilik və beynəlxalq hüququn nəzərdə tutduğu tədbirlər görülür.

O, həmçinin qeyd edib ki, Suriya təyyarəsi ilə bağlı insident Türkiyənin Rusiya ilə münasibətlərinə mənfi təsir etməyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti