...

Tərtər rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə 2 milyon manat ayrılıb

Siyasət Materials 11 Oktyabr 2012 19:03 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Tərtər rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Tərtər rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə 2 milyon manat ayrılıb

Azərbaycan, Bakı, 11 oktyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Tərtər rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Trend-in məlumatına görə, sərəncama əsasən, Tərtər rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Tərtər Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılır.

Həmin məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək Maliyyə Nazirliyinə tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti