...

Azərbaycanın millət vəkili İsveçrədə qlobal təhlükəsizlik barədə təkliflərini verəcək

Siyasət Materials 15 Oktyabr 2012 20:10 (UTC +04:00)
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "Ölkədaxili və qlobal təhlükəsizlik" mövzusunda forumda iştirak etmək üçün oktyabrın 16-da İsveçrənin Cenevrə şəhərinə səfər edəcək.
Azərbaycanın millət vəkili İsveçrədə qlobal təhlükəsizlik barədə təkliflərini verəcək

Azərbaycan, Bakı, 15 oktyabr /Trend/

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "Ölkədaxili və qlobal təhlükəsizlik" mövzusunda forumda iştirak etmək üçün oktyabrın 16-da İsveçrənin Cenevrə şəhərinə səfər edəcək.

Parlamentin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbir Krans-Montana Forumunun təşkilatçılığı ilə Beynəlxalq transmilli cinayət sammiti çərçivəsində keçirilir.

Forumda beynəlxalq terrorizm, onun sahibkarlıq, sərmayə sahələrinə təsiri və bununla mübarizə üsulları, Afrika qitəsində, Aralıq dənizi regionunda, Avropada təhlükəsizliyin qorunması və digər məsələlər ətrafında müzakirələr aparılacaq.

Deputatımız müzakirəyə çıxarılacaq məsələlər barədə öz fikirlərini açıqlayacaq, təkliflərini verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti