...

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Azərbaycana rəsmi səfərə gəlib

Siyasət Materials 18 Oktyabr 2012 02:59 (UTC +04:00)
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Bakir İzetbekoviç cümə axşamı Azərbaycan Respublikasına rəsmi səfərə gəlmişdir.
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycan, Bakı, 18 oktyabr /Trend/

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Bakir İzetbekoviç cümə axşamı Azərbaycan Respublikasına rəsmi səfərə gəlmişdir.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədrini hava limanında Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədrinə və xanımı Sebiya İzetbekoviçə gül dəstəsi təqdim edildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti