...

İlham Əliyev "Conoco Philips" şirkətinin prezidentini qəbul edib

Siyasət Materials 19 Oktyabr 2012 15:44 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev cümə günü "Conoco Philips" şirkətinin prezidenti Ryan Lansın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
İlham Əliyev "Conoco Philips" şirkətinin prezidentini qəbul edib

Azərbaycan, Bakı, 19 oktyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev cümə günü "Conoco Philips" şirkətinin prezidenti Ryan Lansın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Conoco Philips" şirkətinin prezidenti Ryan Lans Azərbaycanda xarici investorlar üçün əlverişli mühitin yaradıldığını, enerji ilə bağlı əməkdaşlıq sahəsində ölkəmizdə şəffaflığın olduğunu vurğuladı.

Dövlətimizin başçısı Azərbaycanın uzun illər dünyanın bir çox nüfuzlu enerji şirkətləri ilə uğurlu əməkdaşlıqdan məmnunluğunu ifadə etdi.

Görüşdə Azərbaycan ilə "Conoco Philips" şirkəti arasında əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti