...

Gürcüstan MSK parlament seçkilərinin yekun nəticələrini açıqlayıb

Siyasət Materials 19 Oktyabr 2012 19:50 (UTC +04:00)
Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) bu gün 2012-ci il parlament seçkilərinin yekun nəticələrini rəsmən açıqlayıb. Trend-in məlumatına görə, MSK-nın bütün üzvləri yekun protokolu imzalayıblar.
Gürcüstan MSK parlament seçkilərinin yekun nəticələrini açıqlayıb

Gürcüstan, Tbilisi, 19 oktyabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) bu gün 2012-ci il parlament seçkilərinin yekun nəticələrini rəsmən açıqlayıb. Trend-in məlumatına görə, MSK-nın bütün üzvləri yekun protokolu imzalayıblar.

Gürcüstan ərazisində bütün 73 seçki məntəqəsi üzrə yekun nəticələr hesablanıb.

Seçki baryerini yalnız "Gürcü arzusu" koalisiyası və Vahid Milli Hərəkat adlaya bilib.

"Gürcü arzusu" parlamentdə 85, Vahid Milli Hərəkat isə 65 deputatla təmsil olunacaqlar.

Yeni çağırış parlamentin ilk iclası oktyabrın 21-də baş tutacaq. İclası Gürcüstan Prezidenti Mixail Saakaşvili açıq elan edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti