...

Qobustan rayonuna maliyyə vəsaiti ayrılıb

Siyasət Materials 22 Oktyabr 2012 18:42 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Qobustan rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Qobustan rayonuna maliyyə vəsaiti ayrılıb

Azərbaycan, Bakı, 22 oktyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Qobustan rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qqeyd olunur ki, on üç min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Qobustan-Xilmilli avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 5,3 milyon (beş milyon üç yüz min) manatı Qobustan rayon İcra Hakimiyyətinə ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək; Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti