...

Ombudsman ABŞ səfiri ilə görüşüb

Siyasət Materials 23 Oktyabr 2012 17:49 (UTC +04:00)
Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova ABŞ-ın ölkəmizə yeni təyin olunmuş səfiri Riçard Morninqstarı qəbul edib.
Ombudsman ABŞ səfiri ilə görüşüb

Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova ABŞ-ın ölkəmizə yeni təyin olunmuş səfiri Riçard Morninqstarı qəbul edib.

Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə ombudsman təsisatının çoxşaxəli fəaliyyəti haqqında məlumat verilib, dövlət qurumları və vətəndaş cəmiyyəti, QHT-lərlə yanaşı, beynəlxalq təşkilatlar, diplomatik nümayəndəliklər, o cümlədən ABŞ səfirliyi ilə insan hüquqları sahəsində səmərəli əməkdaşlıq əlaqələrinin qurulduğu diqqətə çatdırılıb, bu qarşılıqlı əlaqələrin gələcəkdə də davam etdiriləcəyi bildirilib.

Ombudsman hüquq-mühafizə orqanları ilə əməkdaşlıq şəraitində polis əməkdaşları, hakimlər və hakimliyə namizədlər üçün yerli və beynəlxalq ekspertləri cəlb etməklə treninq-seminarların təşkil olunduğunu, təsisatda qaynar xətlərin fəaliyyət göstərdiyini, insan hüquqları pozuntusu ilə bağlı alınan hər bir məlumata dərhal reaksiya verildiyini bildirib.

Görüşdə ABŞ səfiri ombudsmanın insan hüquqları sahəsində geniş spektrdə fəaliyyət göstərdiyini vurğulayıb, bununla bağlı verilən suallar cavablandırılıb.

Morninqstarı səfirliyin siyasi məsələlər üzrə əməkdaşı Cef Trugel müşayiət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti