...

Baş Prokurorluq: Azərbaycanın eks-prezidentinin meyitinin ekshumasiyası yalnız məhkəmənin qərarı əsasında həyata keçirilə bilər

Siyasət Materials 23 Oktyabr 2012 18:57 (UTC +04:00)
Azərbaycanın mərhum eks-prezidenti Əbülfəz Elçibəyin meyitinin qəbirdən çıxarılması zərurəti yaranarsa, həmin proses Cinayət-Prosessual qanunvericiliyinin tələblərinə müvafiq olaraq yalnız məhkəmənin qərarı əsasında həyata keçirilə bilər. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-in sorğusuna cavabında bildirb.
Baş Prokurorluq: Azərbaycanın eks-prezidentinin  meyitinin ekshumasiyası yalnız məhkəmənin qərarı əsasında həyata keçirilə bilər

Azərbaycan, Bakı, 23 oktyabr /Trend/

Azərbaycanın mərhum eks-prezidenti Əbülfəz Elçibəyin meyitinin qəbirdən çıxarılması zərurəti yaranarsa, həmin proses Cinayət-Prosessual qanunvericiliyinin tələblərinə müvafiq olaraq yalnız məhkəmənin qərarı əsasında həyata keçirilə bilər. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-in sorğusuna cavabında bildirb.

Qeyd edilib ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 237-ci maddəsinə əsasən, meyitin qəbirdən çıxarılması müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında yalnız məhkəmənin qərarı əsasında həyata keçirilə bilər.

Ölmüş şəxsin yaxın qohumları və ya qanuni nümayəndələri meyitin qəbirdən çıxarılması istintaq hərəkətində iştirak edə bilərlər.

Cinayət-Prosessual qanunvericiliyində ölmüş şəxsin yaxın qohumları və ya qanuni nümayəndələrindən meyitin ekshumasiyası ilə bağlı razılıq alınmasına dair hər hansı bir müddəa nəzərdə tutulmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti