...

Fransa Yəhudi İnstitutları Təmsilçilər Şurasının nümayəndələri Fəxri və Şəhidlər xiyabanını ziyarət edib (FOTO)

Siyasət Materials 24 Oktyabr 2012 15:15 (UTC +04:00)
Bakıda səfərdə olan Fransa Yəhudi İnstitutları Təmsilçilər Şurasının (CRIF) sədri Rişar Praskyenin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 24-də Fəxri xiyabanı ziyarət edərək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Fransa Yəhudi İnstitutları Təmsilçilər Şurasının nümayəndələri Fəxri və Şəhidlər xiyabanını ziyarət edib (FOTO)

Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Bakıda səfərdə olan Fransa Yəhudi İnstitutları Təmsilçilər Şurasının (CRIF) sədri Rişar Praskyenin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 24-də Fəxri xiyabanı ziyarət edərək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn qonaqlar ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər çiçəklər düzüb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.

Qeyd edək ki, Fransa Yəhudi İnstitutları Təmsilçilər Şurasının sədri Rişar Praskyenin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 23-dən Bakıda səfərdədir.

Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin təşəbbüsü ilə təşkil olunan səfər oktyabrın 26-da yekunlaşacaq. Səfər çərçivəsində nümayəndə heyətinin bir sıra dövlət rəsmiləri ilə görüşləri də gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti