Azərbaycan, Bakı, 27 oktyabr /Trend, müxbir R.Hafizoğlu/
Türkiyə ərazisində suriyalı qaçqınların sayı 105 min nəfərə çatıb. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Fövqəladə halların nəticələrinin qarşısının alınması idarəsindən (AFAD) bildiriblər.
Hazırda Türkiyənin Hatay, Şanlıurfa, Qaziantep, Kahramanmaraş şəhərlərində suriyalı qaçqınlar üçün ümumilikdə 10 çadır şəhərciyi fəaliyyət göstərir.