...

Prezidenti İlham Əliyev Saatlı rayonunda səfərdədir (FOTO)

Siyasət Materials 27 Oktyabr 2012 17:51 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev şənbə günü Saatlı rayonuna səfərə gəlib.
Prezidenti İlham Əliyev Saatlı rayonunda səfərdədir (FOTO)

Azərbaycan, Bakı, 27 oktyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev şənbə günü Saatlı rayonuna səfərə gəlib.

Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Saatlı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov Azərbaycan Prezidenti İlham Əliyevə məlumat verdi ki, abidənin yerləşdiyi Heydər Əliyev parkında genişmiqyaslı abadlıq işləri görülüb, yeni yaşıllıq zolaqları salınıb, fəvvarələr quraşdırılıb. Ümumi sahəsi 5,6 hektar olan parkda sakinlərin və qonaqların istirahəti üçün hər cür şərait var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti