...

Bakıda Çexiya Respublikasının müstəqilliyinin 94-cü ildönümü qeyd olunub

Siyasət Materials 29 Oktyabr 2012 20:18 (UTC +04:00)
Trend-in məlumatına görə, tədbiri giriş sözü ilə açan Çexiyanın ölkəmizdəki səfiri Radek Matula bu tarixi günün Azərbaycanda qeyd edilməsindən çox şad olduğunu bildirib.
Bakıda Çexiya Respublikasının müstəqilliyinin 94-cü ildönümü qeyd olunub

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Bu gün Bakıda Çexiya Respublikasının müstəqilliyinin 94-cü ildönümü qeyd olunub.

Trend-in məlumatına görə, tədbiri giriş sözü ilə açan Çexiyanın ölkəmizdəki səfiri Radek Matula bu tarixi günün Azərbaycanda qeyd edilməsindən çox şad olduğunu bildirib.

Səfir iki ölkə prezidentlərinin qarşılıqlı səfərlərini xatırladaraq, Azərbaycan ilə Çexiya arasında yüksək əməkdaşlığın və əlaqələrin mövcud olduğunu deyib.

Matula vurğulayıb ki, iki ölkə arasında ticarət dövriyyəsi 2011-ci ildə 1,9 milyard dollar təşkil edib ki, bu da 2010-cu illə müqayisədə 46 faiz artım deməkdir.

Tədbirdə iştirak edən Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov Azərbaycan dövləti adından Çexiya Respublikasını və xalqını təbrik edib, sülh və əmin-amanlıq arzulayıb.

Azərbaycan ilə Çexiya arasında diplomatik əlaqələrin 1993-cü ildə qurulduğunu qeyd edən nazir bu əlaqələrin ötən illər ərzində inkişaf etdiyini bildirib.

"Ölkələrimiz arasında siyasi, mədəni və iqtisadi əlaqələr daim inkişaf edir", - Məmmədov deyib.

Çexiyanın Dağlıq Qarabağ məsələsində Azərbaycana dəstəyini qeyd edən nazir Azərbaycan dövləti adından Çexiya Respublikasına təşəkkür edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti