...

İran öz ərazi sularında 10 ton narkotik maddə müsadirə edib

Siyasət Materials 30 Oktyabr 2012 17:34 (UTC +04:00)
İran polisi martın 20-dən başlayan cari təqvim ilinin birinci yarısında ölkənin ərazi sularında qaçaqmalçılardan 10 tona yaxın narkotik maddə müsadirə edib.
İran öz ərazi sularında 10 ton narkotik maddə müsadirə edib

Azərbaycan, Bakı, 30 oktyabr /Trend, müxbirlər E.Tariverdiyeva, Q.Mehdi/

İran polisi martın 20-dən başlayan cari təqvim ilinin birinci yarısında ölkənin ərazi sularında qaçaqmalçılardan 10 tona yaxın narkotik maddə müsadirə edib. Trend-in məlumatına görə, bu barədə "Mehr" agentliyi İran Sahil Mühafizəsinin rəisi, briqada generalı Əli Məhəmməd Səlaminin sözlərindən sitat gətirib.

Onun sözlərinə görə, Xəzəryanı dövlətlər hər il dənizdə narkotik maddələrlə mübarizə üzrə görüşlər keçirir və görüş bu il də keçiriləcək.

"İran artıq bu məsələ üzrə bəzi qonşuları ilə saziş imzalayıb və hazırda Səudiyyə Ərəbistanı və Omanla saziş bağlamağa çalışır", - o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti