...

Azərbaycanın Lixtenşteynə yeni təyin olunmuş səfiri etimadnamələrini təqdim edib

Siyasət Materials 17 Noyabr 2012 02:39 (UTC +04:00)
Azərbaycanın Lixtenşteynə yeni təyin olunmuş səfiri etimadnamələrini təqdim edib.
Azərbaycanın Lixtenşteynə yeni təyin olunmuş səfiri etimadnamələrini təqdim edib

Azərbaycan, Bakı, 17 noyabr /Trend/

Cümə günü Azərbaycanın Lixtenşteyn Knyazlığında yeni təyin olunmuş səfiri Əkrəm Zeynallı etimadnamələrini Lixtenşteynin Vəliəhd Şahzadəsi Əlazhəzrət Aloisə təqdim etmişdir.

Etimadnamələrin təqdim edilməsi mərasimi çərçivəsində yeni təyin olunmuş səfirin Lixtenşteynin Vəliəhd Şahzadəsi ilə apardığı söhbət zamanı Zeynallı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Lixtenşteynin Hakim Şahzadəsi Əlahəzrət II Hans-Adam və bu ölkənin Vəliəhd Şahzadəsinə ünvanlandığı salamlarını qarşı tərəfin diqqətinə çatdırmışdır.

Lixtenşteynin Vəliəhd Şahzadəsi Əlahəzrət Alois göndərdiyi salamlara görə təşəkkürünü və öz salamlarını, eləcə də xoş arzularını Azərbaycan Respublikasının Prezidentinə çatdırılmasını xahiş etmişdir.

Görüş zamanı hər iki tərəf Azərbaycanla Lixtenşteyn arasında bütün sahələrdə mövcud olan əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyindan əminliyini ifadə etmişdir.

Söhbat zamanı ikitərəfli əməkdaşlıq sahəsində qarşılıqlı maraq kəsb edən məsələlərə dair fıkir mübadiləsi aparılmışdır.

Xəbər lenti

Xəbər lenti