...

Ekspert: NATO-Azərbaycan təhlükəsizlik dialoqunun daha da inkişaf etdirilməsi vacibdir

Siyasət Materials 17 Noyabr 2012 18:01 (UTC +04:00)
Bu gün NATO Azərbaycan Beynəlxalq Məktəbində “Xəzər bölgəsində təhlükəsizliyə təhdidlər” mövzusunda forum keçirilib. Forumda məruzəçi qismində ABŞ-in Azərbaycandakı səfirliyinin müdafiə attaşesi polkovnik Dan Qrillvan (Dan Grillone) və BDU-nun müəllimi, təhlükəszilik və enerji siyasəti üzrə ekspert Bəxtiyar Aslanbəyli çixiş ediblər.
Ekspert: NATO-Azərbaycan təhlükəsizlik dialoqunun daha da inkişaf etdirilməsi vacibdir

Azərbaycan, Bakı, 17 noyabr /Trend, müxbir E.Mehdiyev/

Bu gün NATO Azərbaycan Beynəlxalq Məktəbində "Xəzər bölgəsində təhlükəsizliyə təhdidlər" mövzusunda forum keçirilib. Forumda məruzəçi qismində ABŞ-in Azərbaycandakı səfirliyinin müdafiə attaşesi polkovnik Dan Qrillvan (Dan Grillone) və BDU-nun müəllimi, təhlükəszilik və enerji siyasəti üzrə ekspert Bəxtiyar Aslanbəyli çixiş ediblər.

Forumu giriş sozləri ilə açan NİSA icraçi direktoru Hüseyn Pənahov Xəzər bölgəsində təhlükəsizlik məslələrinin aktuallığını və bu sahədə diskussiyaların vacibliyini qeyd etdi. Daha sonra çıxış edən məruzəçilər bölgənin təhlükəsizliyinə təsir edən geosiyasi proseslər və onların inkişafı perspektivlərinə dair fikirlərini bölüşdülər.

Qrilvan bölgədəki NATO-Azərbaycan münasibətlərinin hazırki durumu, hərbi əməkdaşlıq tədbirləri barədə geniş məlumat verdi. Bölgədəki sabitliyin təhlükəsizlik qədər vacib olduğunu vurğulayan məruzəçi, bu sabitliyin davamli olmasının əhəmiyyətindən danışdı. Qrillvann həmçinin ABŞ-Azərbaycan münasibətlərinin strateji partnyorluq səviyyəsində olduğunu da qeyd etdi.

Aslanbəyli öz çixişinda bölgədəki mövcud təhlükəsizlik sistemləri və onların əsas içtirakçıları barədə məlumat verdi. Bölgənin təhlükəsizliyində enerji amilinin vacibliyini qeyd edən ekspert məruzəsində enerji təhlükəsizliyin vacib məqamlarına və bölgədəki vacib enerji infrastrukturılarına potensial təhdidlər, eləcə də onların müdafiəsi məsələlərinə xüsusi yer ayırdı.

Aslanbəylinin fikrincə, NATO-Azərbaycan təhlükəsizlik dialoqunun daha da inkişaf etdirilməsi və tərəflər arasında fərdi təhlükəsizlik münasibətlərinin yaranması Azərbaycan ərazisindəki vacib enerji infrastrukturunun müdafiəsi nöqteyi nəzərindən hər iki tərəf üçün vacibdir.

Təbirin sonunda məruzəçilər forumda iştirak edən müxtəlif ölkələrin gənc tədqiqatçılarının suallarını cavablandırdılar.

Qeyd edək ki, NATO Azərbaycan Beynəlxalq Məktəbi (NİSA) fəaliyyətinə 2003-cü il iyul ayından etibarən Avro-Atlantika məkanını əhatə edən təhlükəsizlik haqqında sessiyalar ilə başlamış və 2007-ci il mart ayında Azərbaycan Respublikası Ədliyyə Nazirliyində QHT olaraq rəsmən qeydiyyatdan keçmişdir. NİSA, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi (XİN) və NATO-nun İctimai Diplomatiya İdarəsi (İDİ) tərəfindən dəstəklənən və gənclərin Avro-Atlantik Tərəfdaşlıq üzrə Əməliyyat planı və Avro-Atlantik məkana inteqrasiya mövzularında maariflənməsini təməl prinsip olaraq qəbul edən təşkilatdır. (www.nisa.az)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti