...

İranın ali lideri Suriya böhranının həllini təklif edir

Siyasət Materials 19 Noyabr 2012 17:08 (UTC +04:00)
İranın ali dini lideri Ayətullah Əli Xamneyi bəyan edib ki, Suriya müxalifəti silahı yerə qoymağa hazır olsa, Suriya hökuməti onların mövqeyini dinləyə bilər.
İranın ali lideri Suriya böhranının həllini təklif edir

Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir T.Cəfərov, E.Tariverdiyeva/

İranın ali dini lideri Ayətullah Əli Xamneyi bəyan edib ki, Suriya müxalifəti silahı yerə qoymağa hazır olsa, Suriya hökuməti onların mövqeyini dinləyə bilər. Bu barədə Trend-in "Fars" agentliyinə istinadən məlumat verir.

Xamneyi bu bəyanatla İranın Həcc və zəvvarlıq təşkilatının rəsmi şəxsləri ilə görüşündə çıxış edib.

Onun sözlərinə görgə, Qərb regionda İsrailə müqaviməti zəiflətməyə cəhd edir və bununla da Suriyada vəziyyətin pisləşməsinə yardım edir.

Ali lider bəyan edib ki, ölkəyə xaricdən silah qaçaqmalçılığının qarşısını almaqla Suriyada böhranı həll etmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti