...

İlham Əliyev Sinqapurun Baş naziri ilə görüşüb (FOTO)

Siyasət Materials 21 Noyabr 2012 10:51 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 21-də dövlət səfəri çərçivəsində Sinqapurun Baş naziri Li Hsien Loonq ilə görüşüb
İlham Əliyev Sinqapurun Baş naziri ilə görüşüb (FOTO)

Azərbaycan, Bakı, 21 noyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 21-də dövlət səfəri çərçivəsində Sinqapurun Baş naziri Li Hsien Loonq ilə görüşüb.

Geniş tərkibdə keçirilən görüşdə dövlətlərimiz arasında müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri müzakirə olundu. Azərbaycan və Sinqapur arasında qarşılıqlı sərmayə qoyuluşu məsələlərinin müzakirəsi zamanı vurğulandı ki, bu istiqamətdə artıq müəyyən fəaliyyət mövcuddur. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Sinqapurda, habelə qarşı tərəfdən də bir neçə şirkət Azərbaycanda iş qurmuşdur.

Görüşdə hər iki tərəf üçün maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Qarşılıqlı səfərlərin daha tez-tez həyata keçirilməsinin əməkdaşlığın uğurlu inkişafında əhəmiyyəti vurğulandı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti