...

Mahmud Abbas: İsrail məskunlaşdırma fəaliyyətini dayandırmasa, Fələstin digər addımlar atacaq

Siyasət Materials 11 Dekabr 2012 17:31 (UTC +04:00)
İsrail İordan çayının Qərb sahilində məskunlaşdırma fəaliyyətini dayandırmasa, Fələstin daha ciddi addımlar atmağa məcbur olacaq.
Mahmud Abbas: İsrail məskunlaşdırma fəaliyyətini dayandırmasa, Fələstin digər addımlar atacaq

Azərbaycan, Bakı, 11 dekabr /Trend, müxbir A.Tağıyeva/

İsrail İordan çayının Qərb sahilində məskunlaşdırma fəaliyyətini dayandırmasa, Fələstin daha ciddi addımlar atmağa məcbur olacaq. Trend-in çərşənbə axşamı "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Fələstin Prezidenti Mahmud Abbas türkiyəli həmkarı Abdullah Gül ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Fələstin BMT-nin Təhlükəsizlik Şurasında müşahidəçi dövlət statusu aldıqdan sonra hüquqlarının tanınması və İsrailin məskunlaşdırma fəaliyyətinin dayandırılması üçün bütün beynəlxalq təşkilatlara müraciət edə bilər.

Abbas, həmçinin qeyd edib ki, Fələstin qısa müddət ərzində FƏTH və HƏMAS təşkilatları arasında birlik əldə etmək niyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti