...

Azərbaycanın siyasi partiyalarında maliyyə hesabatlarının tərtibi ilə bağlı seminarlar təşkil ediləcək

Siyasət Materials 1 Fevral 2013 12:22 (UTC +04:00)
Maliyyə Nazirliyi siyasi partiyalarda mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının tərtibi ilə bağlı seminarlar təşkil edəcək.
Azərbaycanın siyasi partiyalarında maliyyə hesabatlarının tərtibi ilə bağlı seminarlar təşkil ediləcək

Azərbaycan, Bakı, 1 fevral /Trend/

Maliyyə Nazirliyi siyasi partiyalarda mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının tərtibi ilə bağlı seminarlar təşkil edəcək.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, nazirlik yanında Maliyyə Elm-Tədris Mərkəzində siyasi partiyalar tərəfindən illik maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi üzrə sözügedən təşkilatların baş mühasibləri və ya illik maliyyə hesabatlarını tərtib edən əməkdaşları üçün seminarların keçirilməsinə başlanılacaq.

Siyasi partiyalarda mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının tərtibi ilə bağlı seminar praktikumlar 13-15, 19-21 və 25-27 fevral 2013-cü il tarixlərdə təşkil ediləcək.

Seminarlarda "Siyasi partiyalarda maliyyə hesabatlarının tərtibi üzrə konseptual əsaslar", "Siyasi partiyalarda mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının tərtibi" mövzularda təlimlər keçiriləcək.

"Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, siyasi partiyalar üzrə illik maliyyə hesabatları hesabat dövrü başa çatdıqdan sonra növbəti ilin aprel ayının 1-dən gec olmayaraq, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti