...

İlham Əliyev Tacikistanın ölkəmizdə yeni təyin olunmuş səfirin etimadnaməsini qəbul edib

Siyasət Materials 1 Fevral 2013 13:40 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 1-də Tacikistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Zohir Saidovun etimadnaməsini qəbul edib.
İlham Əliyev Tacikistanın ölkəmizdə yeni təyin olunmuş səfirin etimadnaməsini qəbul edib

Azərbaycan, Bakı, 1 fevral /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 1-də Tacikistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Zohir Saidovun etimadnaməsini qəbul edib.

Səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi. Diplomat Zohir Saidov etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi.

Dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin yaxşı səviyyədə olduğunu vurğuladı. Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun Azərbaycana səfərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev səfər zamanı əməkdaşlığımızın müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə genişləndirilməsinə dair məsələlərin müzakirəsinin önəmini qeyd etdi və həmin səfəri ölkələrimiz arasında mövcud olan dostluq münasibətlərinin göstəricisi kimi dəyərləndirdi. Dövlətimizin başçısı Azərbaycan ilə Tacikistan arasında əməkdaşlığın ikitərəfli formatda və eləcə də beynəlxalq təşkilatlar çərçivəsində daha da möhkəmlənəcəyinə ümidvar olduğunu bildirdi.

Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzuladı.
Tacikistan Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Zohir Saidov Prezident Emoməli Rəhmonun salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. İkitərəfli münasibətlərimizin dinamik şəkildə inkişaf etdiyini vurğulayan səfir əməkdaşlığımızın müxtəlif sahələrdə genişləndirilməsi üçün böyük imkanların olduğunu qeyd etdi. Tacikistanlı diplomat ölkələrimiz arasında əlaqələrin daha da möhkəmləndirilməsi üçün səylərini əsirgəməyəcəyini dedi.

Dövlətimizin başçısı Prezident Emoməli Rəhmonun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Tacikistanın dövlət başçısına çatdırmağı xahiş etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti