...

Ermənistan polisində prezidentliyə namizədə qarşı sui-qəsddə şübhəli yoxdur

Siyasət Materials 1 Fevral 2013 17:36 (UTC +04:00)
Ermənistan prezidentliyinə namizəd Paruyr Ayrikyana qarşı törədilən sui-qəsdlə bağlı iş üzrə hələlik şübhəli şəxs yoxdur. Trend "Novost-Armeniya"ya istinadən məlumat verir ki, bunu Ermənistan polisi rəisinin birinci müavini Unan Poqosyan deyib.
Ermənistan polisində prezidentliyə namizədə qarşı sui-qəsddə şübhəli yoxdur

Azərbaycan, Bakı, 1 fevral /Trend/

Ermənistan prezidentliyinə namizəd Paruyr Ayrikyana qarşı törədilən sui-qəsdlə bağlı iş üzrə hələlik şübhəli şəxs yoxdur. Trend "Novost-Armeniya"ya istinadən məlumat verir ki, bunu Ermənistan polisi rəisinin birinci müavini Unan Poqosyan deyib.

Onun sözlərinə görə, hadisə yerinə baxış zamanı 7,62 mm kalibrli güllə aşkar edilib. Bu yaxında əməliyyat aparılıb, Ayrikyanın bədənindən daha bir güllə çıxarılıb. Atəş açan başqa iz qoymayıb.

"Biz Milli Təhlükəsizlik Xidmətindən olan tərəfdaşlarımızla birlikdə caninin tapılması istiqamətində operativ çalışırıq", - Poqosyan qeyd edib.

Caninin fotorobotunun tərtib olunması barədə suala cavab verərkən rəis müavini deyib: "Hazırkı anda yox. Paruyr Ayrikyanın vəziyyəti yaxşılaşanda biz onunla ətraflı söhbət edəcəyik".

Bəzi qonşuların cinayətkarı arxadan gördükləri barədə irada cavab verən Poqosyan deyib: "Biz sorğu aparmışıq, qonşuların köməyi ilə fotorobotun hazırlanmasının mümkün ola biləcəyi təsvir yoxdur. Hazırda ümumi axtarış işləri davam edir".

Ermənistan prezidentliyinə namizəd Paruyr Ayrikyana qarşı cümə axşamı sui-qəsd olunub. İnsident Yerevanın mərkəzində, onun valideynlərinin evinin yerləşdiyi Tpaqriçneri küçəsində baş verib. Həkimlər zərərçəkənin vəziyyətini orta ağır kimi qiymətləndirilər. Çox güman ki, artıq səhər güllə onun bədənindən çıxarılıb.

O, əməliyyat olunub və vəziyyəti sabit hesab edilir.

Ayrikyan Ermənistan prezidentliyinə dördüncü dəfədir namizədliyini irəli sürür. Buna qədər o, 1991-ci, 1998-ci, 2003-cü illərdə seçkilərdə iştirak edib.

Ermənistan Konstitusiyasına əsasən, hər hansı prezidentliyə namizədin seçkilərdə iştirakına maneələr yaradılarsa, seçkilər iki həftə müddətində təxirə salınır.

Ermənistanda prezident seçkiləri 2013-cü il fevralın 18-nə planlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti