...

Ermənistan polisi prezidentliyə namizədlərin təhlükəsizliyi üçün müşayiətçilər ayıracaq

Siyasət Materials 1 Fevral 2013 18:15 (UTC +04:00)
Ermənistan polisi öz səlahiyyətləri çərçivəsində prezidentliyə bütün namizədlərin təhlükəsizliyini təmin etməyə hazır olduğunu təsdiq edib və namizədləri bu imkandan istifadə etməyə çağırıb.
Ermənistan polisi prezidentliyə namizədlərin təhlükəsizliyi üçün müşayiətçilər ayıracaq

Azərbaycan, Bakı, 1 fevral /Trend/

Ermənistan polisi öz səlahiyyətləri çərçivəsində prezidentliyə bütün namizədlərin təhlükəsizliyini təmin etməyə hazır olduğunu təsdiq edib və namizədləri bu imkandan istifadə etməyə çağırıb.

Trend-in cümə günü Ermənistan KİV-ə istinadən verdiyi məlumaat görə, ölkə polisi qanunazidd hərəkətlərin qarşısını almaq və ifşa etmək üçün hər şeyi edəcəyini bəyan edib.

Ermənistan polisi xatırladıb ki, hələ yanvarın 17-də prezidentliyə namizədlərin təhlükəsizliyini təmin etməyə və onlara müşayiətçilərin ayırılmasına hazır olduğunu bəyan etmişdi.

Polis bu hazırlığını təsdiq edib və namizədləri bu imkandan istifadə etməyə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti