...

Ərdoğan: ABŞ səfirliyinin binasında baş verən partlayış Türkiyənin sabitliyinə qarşı yönəlib

Siyasət Materials 1 Fevral 2013 18:04 (UTC +04:00)
Bu gün ABŞ-ın Ankaradakı səfirliyinin binasının girişidə baş verən partlayış Türkiyənin sabitliyinə və əmin-amanlığına qarşı yönəlib.
Ərdoğan: ABŞ səfirliyinin binasında baş verən partlayış Türkiyənin sabitliyinə qarşı yönəlib

Azərbaycan, Bakı, 1 fevral /Trend, müxbir A. Tağıyeva/

Bu gün ABŞ-ın Ankaradakı səfirliyinin binasının girişidə baş verən partlayış Türkiyənin sabitliyinə və əmin-amanlığına qarşı yönəlib. Trend-in cümə günü "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib.

"Bugünkü hadisələr bir daha göstərdi ki, bütün dünya terrorizmlə qarşılıqlı məlumatlandırma yolu ilə mübarizə aparmalıdır", - Ərdoğan deyib.

Bununla belə, o qeyd edib ki, hazırda partlayışın təfərrüatları və nəticələri barədə ətraflı məlumata malik deyil. "Hadisənin təfərrüatları dəqiqləşən kimi Türkiyənin rəsmi şəxsləri bu barədə məlumat verəcəklər", - Ərdoğan bildirib.

Qeyd edək ki, bu gün ABŞ-ın Ankaradakı səfirliyinin girişində, viza bölməsində güclü partlayış olub.

Hadisə nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb. Xeyli sayda xəsarət alanın olduğu bildirilir.

Türkiyə polisi partlayışın "əl-Qaidə" təşkilatından olan terrorçu-intiharçı tərəfindən törədildiyini istisna etmir. Belə ki, bu yaxınlarda İstanbulda təşkilatın sabiq lideri Üsamə ben Ladenin kürəkəni saxlanılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti