...

Ermənistan Konstitusiya Məhkəməsi: Prezidentliyə namizəd müraciət etsə, seşkilər təxirə salına bilər

Siyasət Materials 2 Fevral 2013 02:50 (UTC +04:00)
Sui-qəsdə məruz qalmış namizəd Paruyr Ayrikyan prezident seçkilərinin vaxtını dəyişmək barədə ərizə ilə müraciət etsə, Ermənistan Konstitusiya Məhkəməsi 4 gün ərzində həmin müraciətə baxa bilər.
Ermənistan Konstitusiya Məhkəməsi: Prezidentliyə namizəd müraciət etsə, seşkilər təxirə salına bilər

Azərbaycan, Bakı, 2 fevral /Trend/

Sui-qəsdə məruz qalmış namizəd Paruyr Ayrikyan prezident seçkilərinin vaxtını dəyişmək barədə ərizə ilə müraciət etsə, Ermənistan Konstitusiya Məhkəməsi 4 gün ərzində həmin müraciətə baxa bilər. Trend "RİA Novosti"yə istinadən məlumat verir ki, bu barədə məhkəmənin sədri Qagik Arutyunyan bildirib.

Ermənistan prezidentliyinə namizəd Paruyr Ayrikyana qarşı cümə axşamı sui-qəsd olunub. İnsident Yerevanın mərkəzində, onun valideynlərinin evinin yerləşdiyi Tpaqriçneri küçəsində baş verib. Həkimlər zərərçəkənin vəziyyətini orta ağır kimi qiymətləndirirlər.

O, əməliyyat olunub və vəziyyəti sabit hesab edilir.

Ayrikyan Ermənistan prezidentliyinə dördüncü dəfədir namizədliyini irəli sürür. Buna qədər o, 1991-ci, 1998-ci, 2003-cü illərdə seçkilərdə iştirak edib.

Ermənistan Konstitusiyasına əsasən, hər hansı prezidentliyə namizədin seçkilərdə iştirakına maneələr yaradılarsa, seçkilər iki həftə müddətində təxirə salınır.

Ermənistanda prezident seçkiləri 2013-cü il fevralın 18-nə planlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti