...

Türkiyənin Baş naziri ABŞ səfirliyinə hücum edən terrorçunun adını açıqladı

Siyasət Materials 2 Fevral 2013 08:30 (UTC +04:00)
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Ankaradakı ABŞ səfirliyinə hücum edən terrorçunun adını açıqlayıb. Trend-in məlumatına görə, bu barədə "Hürriyyət" qəzeti xəbər verir.
Türkiyənin Baş naziri ABŞ səfirliyinə hücum edən terrorçunun adını açıqladı

Azərbaycan, Bakı, 2 fevral /Trend/

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Ankaradakı ABŞ səfirliyinə hücum edən terrorçunun adını açıqlayıb. Trend-in məlumatına görə, bu barədə "Hürriyyət" qəzeti xəbər verir.

Onun sözlərinə görə, terrorçu 30 yaşlı Ecevit Şanlı idi. Ərdoğan bildirib ki, Şanlı DHKP-C solçu təşkilatının üzvü olub.

"O, binanın xidməti girişindən keçdikdən dərhal sonra bombanı partlayıb və partlayış nəticəsində ölüb. Başında olan xal artıq onun şəxsiyyətini sübut edir. Buna baxmayaraq, DNT testləri keçiriləcək. Aydındır ki, o, DHKP-C-nin üzvü olub və daha əvvəl belə hücumlara əl atıb", - Türkiyənin baş naziri "Haberturk" telekanalının canlı yayımında bildirib.

Qeyd edək ki, cümə günü ABŞ-ın Ankaradakı səfirliyinin girişində, viza bölməsində güclü partlayış olub.

Hadisə nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb. Xeyli sayda xəsarət alanın olduğu bildirilir.

Türkiyə polisi partlayışın "əl-Qaidə" təşkilatından olan terrorçu-intiharçı tərəfindən törədildiyini istisna etmir. Belə ki, bu yaxınlarda İstanbulda təşkilatın sabiq lideri Üsamə ben Ladenin kürəkəni saxlanılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti