...

Əhməd Davudoğlu: Əgər İsrail müsəlman ölkəsinə hücum edərsə, Türkiyə susmayacaq

Siyasət Materials 2 Fevral 2013 10:18 (UTC +04:00)
Əgər İsrail hansısa müsəlman ölkəsinə hücum edərsə, Türkiyə dözməyəcək və susaraq müşahidə etməyəcək. Bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bəyan edib.
Əhməd Davudoğlu: Əgər İsrail müsəlman ölkəsinə hücum edərsə, Türkiyə susmayacaq

Azərbaycan, Bakı, 2 fevral /Trend, müxbir A.Tağıyeva/

Əgər İsrail hansısa müsəlman ölkəsinə hücum edərsə, Türkiyə dözməyəcək və susaraq müşahidə etməyəcək. Bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bəyan edib. Trend-in məlumatına görə, bu barədə şənbə günü "Zaman" qəzeti xəbər yayıb.

Nazir Suriya hökumətini İsrailin bu ölkənin ərazisinə hücumları ilə bağlı fəaliyyətsizliyini tənqid edib.

"22 aydan bəri öz dinc sakinlərini bombalayan və atəşə tutan Suriya rejimi nə üçünsə İsrailin Suriya ərazisinə zərbələrinə cavab vermir. Bəlkə İsraillə Əsəd rejimi arasında gizli razılaşma var?" - Davudoğlu sual verib.

Nazirin sözlərinə görə, Prezident Əsəd özünü "qurban" kimi təqdim etmək və müsəlman ölkələrindən yardım almaq üçün İsrailin hücumlarından istifadə edir.

Qeyd edək ki, bu həftə İsrail aviasiyası Dəməşq yaxınlığında Hərbi Tədqiqat Mərkəzinə zərbə endirib. Nəticədə iki nəfət həlak olub, beşi isə yaralanıb. Binaya ciddi maddi ziyan dəyib.

Suriya ordusu komandanlığının bəyanatına görə, bundan əvvəl də bir ay ərzində bu mərkəzə silahlı müxalifət tərəfindən hücumlar törədilib.

Qərb KİV-in məlumatına görə, İsrail aviasiyası guya "Hizbullah" hərəkatı üçün nəzərdə tutulan RHM vasitələrinin avtomobil karvanını bombalayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti