...

İlham Əliyev Şri-Lankanın Prezidentini təbrik edib

Siyasət Materials 2 Fevral 2013 19:53 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Mahinda Racapaksaya təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Şri-Lankanın Prezidentini təbrik edib

Azərbaycan, Bakı, 2 fevral /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Şri-Lanka Demokratik Sosialist
Respublikasının Prezidenti Mahinda Racapaksaya təbrik məktubu
ünvanlayıb.

"Hörmətli cənab Prezident, Milli bayramınız - Müstəqillik günü
münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı
adından səmimi qəlbdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Şri-Lanka arasındakı dostluq və
əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq
inkişaf edəcək və genişlənəcəkdir.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost
Şri-Lanka xalqına sülh və tərəqqi arzulayıram" İlham Əliyev təbrik
məktubunda deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti