...

ABŞ-ın Türkiyədəki səfirliyi işini bərpa edib

Siyasət Materials 4 Fevral 2013 10:44 (UTC +04:00)
ABŞ-ın Türkiyədəki səfirliyi ötən cümə günü binanın girişində baş verən partlayışdan sonra öz işini bərpa edib. Trend-in məlkumatına görə, bu barədə bazar ertəsi “Anadolu” agentliyi xəbər yayıb.
ABŞ-ın Türkiyədəki səfirliyi işini bərpa edib

Azərbaycan, Bakı, 4 fevral / Trend, müxbir A.Tağıyeva/

ABŞ-ın Türkiyədəki səfirliyi ötən cümə günü binanın girişində baş verən partlayışdan sonra öz işini bərpa edib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Anadolu" agentliyi xəbər yayıb.

Bununla əlaqədar səfirlik Türkiyədə olan öz vətəndaşlarını sayıqlı və ehtiyatlı olmağa çağırır.

Qeyd edək ki, fevralın 1-də ABŞ-ın Ankaradakı səfirliyinin girişində güclü partlayış olub. Nəticədə səfirliyin mühafizəçisi həlak olub, ziyarətçilərdən biri yaralanıb. Partlayışı törədən şəxs də həlak olub. O, "Türkiyə Xalqının Azadlıq Cəbhəsi/Partiyası" terrorçu marksist qruplaşmasının üzvü Ecevit Şanlıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti