...

Azərbaycan və Türkiyənin müdafiə sənayesi sahəsində əməkdaşlığı müzakirə olunub

Siyasət Materials 4 Fevral 2013 12:40 (UTC +04:00)
Müdafiə sənayesi naziri Yavər Camalov Türkiyə nümayəndə heyətini qəbul edib
Azərbaycan və Türkiyənin müdafiə sənayesi sahəsində əməkdaşlığı müzakirə olunub

Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir İ.İzzət/

Azərbaycan və Türkiyənin müdafiə sənayesi sahəsində əməkdaşlığı müzakirə olunub.

Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 4-də müdafiə sənayesi naziri Yavər Camalov Türkiyə Makina və Kimya Sənayesi Qurumunun idarə heyətinin sədri və baş direktoru İzzet Artunçun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycanın Müdafiə Sənayesi Nazirlyi ilə qardaş ölkənin Makina və Kimya Endüstrisi Qurumu arasındakı əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib.

Türkiyənin Azərbaycandakı hərbi attaşesi Yücel Karauz görüşdə iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti